Başına 100 min pul qoyulan qəhrəmanımızın qardaşı qızının möhtəşəm uğurları (VİDEO)

Başına 100 min pul qoyulan qəhrəmanımızın qardaşı qızının möhtəşəm uğurları (VİDEO)
Video
İdman 2593
Rus əsilli Azərbaycanın Milli Qəhrəmanı Qarabağ müharibəsi şəhidi Yuri Kovalyovun qardaşı qızı Kovalyova Valeria pəşəkarcasına rəqslə məşğuldur. BAKU.WS-in məlumatına görə, milli qəhrəmanın futbolçu qardaşı Vitali Kovalyovun qızı Bakıda 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzində rəqslə məşğul olur. Onun uğurları mütəxəssisləri heyrətə salır. K.Valeriyanın 12 yaşı var. O, 5 yaşından rəqslə məşğul olur. Onun məşqçisi Məryəm Quliyevadır. Azərbaycanın istedadlı qızı bir neçə dəfə Azərbaycan çempionu olub. Valeriya bir neçə ildir Buta Palace-ın təşkil etdiyi şoularda iştirak edir. 12 yaşlı qız əmisi Yuri Kovalyovun adı verilmiş 229 nömrəli məktəbdə oxuyur. O, sözügedən məktəbin sevimlisidir. Qeyd edək ki, Yuri Petroviç Kovalyov 1965-ci il noyabrın 29-da Göyçay rayonunda anadan olub, sonra ailəsi ilə birlikdə Krasnodara, daha sonra isə Bakıya köçüb. O, 1990-cı ilin sentyabrında Daxili İşlər Nazirliyinin Xüsusi Təyinatlı Milis (Polis) Dəstəsinə daxil olub, Goranboy, Xocavənd, Ağdam və digər bölgələrdə şücaətlə vuruşub, düşmənlər onun başına 100 min rubl pul qoyublar. 1991-ci il oktyabrın 3-də Xocavənd rayonu ərazisində pusquya düşüb, axıracan vuruşub və qəhrəmanlıqla həlak olub. 1992-ci il iyunun 6-da Milli Qəhrəman adına layiq görülüb. Bakı şəhərində Şəhidlər Xiyabanında dəfn edilib. Bakı şəhərindəki 229 saylı orta məktəb onun adını daşıyır. TuncayBAKU.WS
Başına 100 min pul qoyulan qəhrəmanımızın qardaşı qızının möhtəşəm uğurları (VİDEO)
Başına 100 min pul qoyulan qəhrəmanımızın qardaşı qızının möhtəşəm uğurları (VİDEO)
Başına 100 min pul qoyulan qəhrəmanımızın qardaşı qızının möhtəşəm uğurları (VİDEO)
Başına 100 min pul qoyulan qəhrəmanımızın qardaşı qızının möhtəşəm uğurları (VİDEO)
Başına 100 min pul qoyulan qəhrəmanımızın qardaşı qızının möhtəşəm uğurları (VİDEO)
Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər