Ballak İngiltərə yığmasının oyununu sərt tənqid etdi
Yeniliklərdən dərhal xəbərdar olun
"Çelsi", "Bayern" klubları və Almaniya millisinin sabiq yarımmüdafiəçisi Mixail Ballak İngiltərə yığmasının baş məşqçisi Qaret Sautgeytin rəhbərliyi altında Avropa çempionatındakı oyununu tənqid edib.
Bu barədə "Die Welt" məlumat verib.
Tanınmış futolçu İngiltərə yığmasının oyunundan məyus olduğunu dilə gətirib:
"Mən sadəcə olaraq ingilislərin oyunundan məyus oldum. Onlarda çox az kreativlik var. Onlar çox mövqeli oynayırlar. Hətta dəyişikliklər də mövqeli olur, sistem dəyişikliyi yoxdur. Onlarda düzgün cavablar yoxdur. Məşqçi də bunu tapa bilmədi. O, oyun üslubunu dəyişmədi. Sadəcə mövqeləri dəyişmək kifayət deyil".
Xatırladaq ki, İngiltərə millisi Euro-2024-ə Serbiya üzərində qələbə ilə başlayıb (1:0). Qrup mərhələsinin 2-ci turunda ingilislər Danimarka ilə qarşılaşıblar. Oyun dünən, 20 iyun tarixində Frankfurtun "Doyçe Bank Park" stadionunda baş tutub və 1:1 hesabı ilə başa çatıb. İki turdan sonra İngiltərə dörd xalla C qrupunda birinci yerdədir.
Oxşar xəbərlər
AVRO-2024: Danimarka - İngiltərə matçında bərabərlik qeydə alınıb - YENİLƏNİB
Almaniyada keçirilən futbol üzrə Avropa çempionatının qrup mərhələsinin II turunun Danimarka - İngiltərə görüşü başa çatıb. "Report" xəbər verir ki, C qrupunun...