Bakıdakı "Formula 1" yarışının proqramı AÇIQLANDI - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
"Formula 1" üzrə Azərbaycan Qran-prisinin proqramı bəlli olub.
BAKU.WS xəbər verir ki, bu barədə Beynəlxalq Avtomobil Federasiyasının (FIA) rəsmi tviter hesabından paylaşım edilib.
Yarış iyunun 10-da yerli vaxtla saat 15:00-da birinci sərbəst yürüşlə başlayacaq.
Saat 18:00-da isə ikinci test yürüşü gerçəkləşəcək.
İyunun 11-də saat 15:00-da üçüncü sərbəst yürüş, saat 18:00-da isə sıralama turu olacaq.
Xatırladaq ki, "Formula 1"də yeni mövsüm martın 20-də Bəhreyndə başlayacaq. 10 - 12 iyunda Bakıda Azərbaycan Qran-prisi təşkil olunacaq.
#F1 - 2022 @F1 Start Time Information pic.twitter.com/wyO83WhslF
— FIA (@fia) February 11, 2022
Oxşar xəbərlər
“Formula 1”də yeni mövsümün tam təqvimi açıqlandı
“Formula 1”də 2022 mövsümünün bütün Qran-prilərinin təqvimi açıqlanıb. Bu il ərzində rekord sayda - 23 yarışın təşkili planlaşdırılır. Birinci mərhələ martın 20...