Bakıda yunan-Roma güləşi üzrə Dünya Kuboku start götürür
Yeniliklərdən dərhal xəbərdar olun
Bu gün Bakı İdman Sarayında yunan-Roma güləşi üzrə Dünya Kubokuna start veriləcək.
BAKU.WS “Report”a istinadən xəbər verir ki, ilk yarış günündə A və B qrupunda qarşılaşmalar təşkil olunacaq.
İlk olaraq A qrupunda Türkiyə və İran seçmələri üz-üzə gələcəklər.
Daha sonra saat 16:00-da turnirin açılış mərasimi baş tutacaq.
Saat 17:00-dan A qrupunun İran-Qırğızıstan, Qırğızıstan-Türkiyə və B qrupunun Azərbaycan-Dünya yığması görüşləri keçiriləcək.
B qrupunda mübarizə aparmalı olan Serbiya kollektivi koronavirusa kütləvi yoluxma səbəbindən Dünya Kubokunda iştirak etməyəcək.
Qeyd edək ki, yarışa noyabrın 6-da yekun vurulacaq.
Oxşar xəbərlər
Dünya Kubokunda iştirak edəcək komandaların heyəti açıqlanıb
Noyabrın 5-6-da Azərbaycanda ilk dəfə yunan-Roma güləşi üzrə Dünya Kuboku keçiriləcək. Azərbaycan Güləş Federasiyasından BAKU.WS-ə verilən məlumata görə, Bakı İ...