Bakıda Paris-2024-ə ilk lisenziyalar qazanılıb - FOTO
17
avq
2023
17:00
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Bakıda keçirilən atıcılıq üzrə 53-cü dünya çempionatının birinci yarışında Paris-2024 Yay Olimpiya Oyunlarına ilk lisenziyalar oynanılıb.
“Report”un məlumatına görə, 10 metr məsafəyə pnevmatik tapançadan atəş üzrə kişilər arasında yarış iştirakçılara dörd lisenziya qazandırıb.
Çinli qızıl medalçı Boven Janq, bürünc medalın bolqarıstanlı sahibi Kiril Kirov ilə yanaşı, finala yüksələn, lakin qaliblər arasında olmayan İsveçrə təmsilçisi Ceyson Solari və almaniyalı Robin Uolter də olimpiadaya lisenziya əldə ediblər.
Qalereya
Oxşar xəbərlər
Bakıdakı dünya çempionatında medal və lisenziya əldə edən ilk qadın atıcılar bəlli olub - FOTO/VİDEO
Bakıda keçirilən atıcılıq üzrə dünya çempionatında qadınlar arasında pnevmatik tapançadan 10 metr məsafəyə atəş açmada qaliblər müəyyənləşib. “Report”un məlumat...