Bakıda MINEPS VII çərçivəsində “Səhər marafonu” keçirilib - FOTO

Bakıda MINEPS VII çərçivəsində “Səhər marafonu” keçirilib - FOTO
Foto
İdman 55

Bakıda Bədən Tərbiyəsi və İdman üzrə Nazirlərin və Yüksək Vəzifəli Şəxslərin VII Beynəlxalq Konfransı (MINEPS VII) çərçivəsində “Səhər marafonu” keçirilib.

“Report” xəbər verir ki, marafon Azərbaycan Gənclər və İdman Nazirliyinin dəstəyi ilə keçirilir.

Yarış bu gün saat 07:00-da Ağ Şəhər ərazisindən başlayıb.

Marafonda idman və gənclər naziri Fərid Qayıbov iştirak edib.Xatırladaq ki, Bakıda Bədən Tərbiyəsi və İdman üzrə Nazirlərin və Yüksək Vəzifəli İşçilərin VII Beynəlxalq Konfransı (MINEPS VII) keçirilir. Konfrans öz işini iyunun 29-dək davam etdirəcək. Tədbirdə 124 ölkədən və beynəlxalq təşkilatlardan 50-dən çox nazir və yüksək vəzifəli məmur, 540-dan çox xarici nümayəndə iştirak edir.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər