Bakıda keçiriləcək güləş üzrə Dünya Kubokunun medalları hazırlanıb - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycanda ilk dəfə keçiriıəcək yunan-Roma güləşi üzrə Dünya Kuboku üçün sifariş edilmiş medallar hazırdır.
Federasiyadan BAKU.WS-ə verilən məlumata görə, qızıl, gümüş və bürünc medalların ön tərəfində Bakının rəmzlərindən sayılan Qız Qalası əks olunduğu yarışın loqosu həkk edilib. Digər üzündə isə Dünya Güləş Birliyinin (UWW) loqosu var. Medalların yaşıl rəngli lenti də yarışa özəl olaraq işlənilib.
Qeyd edək ki, 5-6 noyabrda keçiriləcək Dünya Kubokunda 6 komanda A (Türkiyə, İran, Qırğızıstan) və B (Azərbaycan, Serbiya, Dünya yığması) qrupunda yer alıb. Qrupların ikinciləri bürünc medal uğrunda mübarizə aparacaq. Qrup qalibləri isə finalda kubok və qızıl medal üçün güləşəcək.
Qalereya
Oxşar xəbərlər
Dünya Kubokunda iştirak edəcək komandaların heyəti açıqlanıb
Noyabrın 5-6-da Azərbaycanda ilk dəfə yunan-Roma güləşi üzrə Dünya Kuboku keçiriləcək. Azərbaycan Güləş Federasiyasından BAKU.WS-ə verilən məlumata görə, Bakı İ...