Bakıda keçiriləcək güləş üzrə Avropa Olimpiya Təsnifat Turnirinin biletləri satışa çıxarılıb
Yeniliklərdən dərhal xəbərdar olun
Bakıda keçiriləcək güləş üzrə Avropa Olimpiya Təsnifat Turnirinin biletləri satışa çıxarılıb.
BAKU.WS xəbər verir ki, Milli Gimnastika Arenasında təşkil ediləcək yarışın biletlərini iticket.az saytından əldə etmək mümkündür.
Biletlər sadə (2 manat) və VİP (7 manat) olaraq iki hissəyə ayrılıb. Hər gün üçün iki seans nəzərdə tutulub. Gündüz seansı 10:30-da, axşam seansı isə 18:00-da başlayacaq. Hər seansa 2446 sadə, 156 VİP bilet daxildir. Ümumilikdə 15612 bilet satışa çıxarılıb.
Qeyd edək ki, Avropa Olimpiya Təsnifat Turniri 5-7 aprel aralığında təşkil olunacaq. İlk yarış günündə yunan-Roma, aprelin 6-da qadın, son gündə isə sərbəst güləş üzrə mübarizə baş tutacaq.
Oxşar xəbərlər
Nazir xarici ölkələri təmsil edən azərbaycanlı idmançılardan danışdı: Onlar... - MÜSAHİBƏ
Azərbaycanın gənclər və idman naziri Fərid Qayıbov ölkədə fəaliyyət göstərən dörd böyük informasiya agentliyinə müsahibə verib. “Report” müsahibəni təqdim edir:...