Azərbaycanlı gənc Çində beynəlxalq məşqçi adını qazandı (VİDEO)
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycanlı gənc Kamal Babayev Azərbaycanda Uşu Federasiyasının dəstəyi ilə Çinin Tian Jin şəhərində keçirilən Uşu üzrə 3 aylıq təlimlərdə iştirak edib.
BAKU.WS-in məlumatına görə, kursların sonunda sertifikat imtahanında yüksək nəticə ilə keçən təmsilçimiz beynəlxalq məşqçi adına layiq görülüb.
Təlimlər zamanı Çində çəkilən "Legend of Wushu" filminin səhnələri də yer alıb.
Qeyd edək ki, Azərbaycanda Uşunun əsası 1989-cu ildə qoyulub. İlk məşqlər "Savalan" mərkəzində təşkil olunub. Azərbaycan müstəqilik qazandığı 1991-ci ildə Azərbaycan Şərq Döyüş sənətləri Federasiyası təsis edilib. Bu federasiya daha sonra Azərbaycan Uşu Federasiyası adlandırılıb.
BAKU.WS
Oxşar xəbərlər
Gənc qız sevgililərinin hədiyyə etdiyi 20 "iPhone"la özünə ev aldı
Çində bir qadın 20 fərqli sevgilisindən hədiyyə olaraq istədiyi "iPhone 7"ləri satıb özünə ev alıb. BAKU.WS-in məlumatına görə, Çinin cənubundakı Şenzen şəhəri...