Azərbaycanda oynamış futbolçu erməni klubuna keçdi (FOTO)
Rusiya millisinin sabiq futbolçusu Marat İzmaylov Moskvanın "Ararat” klubuna keçib.
BAKU.WS-in məlumatına görə, 34 yaşlı futbolçu qarşıdakı mövsümü Rusiyanın ikinci divizion klubunda keçirəcək. Klub futbolçu ilə 1 mövsum müqavilə bağlayıb. Futbolçunun aqenti bildirib ki, Marat İzmaylov müqavilənin şərtinə görə istənilən vaxt təzminat ödəmədən klubdan çıxa bilər.
Marat İzmaylovdan əvvəl daha bir tanınmış futbolçu – Roman Pavlyuçenkonun da transferini reallaşdırmışdılar. Marat İzmaylov karyerası ərzində "Lokomotiv”, "Sportinq”, "Portu”, "Qəbələ” və "Krasnodar” klublarında çıxış eləyib.
BAKU.WS
Oxşar xəbərlər
İldə ən çox qazanan futbolçu və məşqçinin adı məlum olub - FOTO
Dünyanın ən çox qazanc əldə edən futbolçularının siyahısı açıqlanıb. BAKU.WS APA-ya istinadən xəbər verir ki, "France Football" jurnalının tərtib elədiyi siyah...