Azərbaycan Kubokunun oyunu zamanı baş məşqçinin səhhətində problem yaranıb
06
dek
2018
19:04
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycan Kubokunda 1/8 final mərhələsinin “Ağsu” – “Sabah” oyunu zamanı meydan sahiblərinin baş məşqçisi Rüfət Quliyevin səhhətində problem yaranıb.BAKU.WS-in məlumatına görə, bu barədə “Report”a 46 yaşlı mütəxəssisin özü məlumat verib.R.Quliyev bildirib ki, təzyiqi düşdüyü üçün matçdan sonra təşkil edilən mətbuat konfransına da qatıla bilməyib: “Oyunun gedişində səhhətimdə problem yarandı. Özümü pis hiss etdiyim üçün dördüncü hakim İnqilab Məmmədova vəziyyəti dedim və “mətbuat konfransına qatılmasam, problem olmaz ki”, - deyə soruşdum. O da heç bir probemin olmadığını söylədi. Matçdan sonra həkim yoxladı və təzyiqimin düşdüyü məlum oldu. Vəziyyətimin stabilləşməsi üçün iynə vuraraq 5-10 dəqiqə uzanmağımı tövsiyə etdi. Mətbuat konfransına isə köməkçim Arif Rizvanov yollandı".Qeyd edək ki, matç “Sabah”ın 3:0 hesablı qələbəsi ilə başa çatıb.BAKU.WS
Oxşar xəbərlər
"Neftçi"nin məşqçisi qoldan sonra yerə yıxıldı - hər kəsi qorxudan HADİSƏ (VİDEO)
Azərbaycan Premyer Liqasının XI turunda "Neftçi" evində "Zirə"əni qonaq edib. BAKU.WS-in məlumatına görə, gərgin mübarizə şəraitində keçən oyunda gözlənilməz ha...