Aziz Yıldırım "Mançester Siti"dən futbolçu almaq üçün İngiltərəyə yollandı
Yeniliklərdən dərhal xəbərdar olun
"Fənərbağça"da prezidentliyə namizəd Aziz Yıldırım transfer çalışmalarını davam etdirir.
BAKU.WS Türkiyə mətbuatına istinadən xəbər verir ki, müdafiə xəttini gücləndirmək istəyən Yıldırım İngiltərəyə gedib.
Bildirilir ki, onun nümayəndələri "Mançester Siti"də çıxış edən hollandiyalı müdafiəçi Natan Akenin təmsilçiləri ilə Londonda görüş keçiriblər.
Xəbərdə qeyd olunur ki, sol ayaqlı müdafiəçi axtaran Aziz Yıldırımın siyahısında başqa futbolçular da var. Bunların "Fulhem"dən Kelvin Bassi və "Bornmut"dan Markos Senesi olduğu bildirilir.
Qeyd edək ki, "Fənərbağça"da prezident seçkiləri 6-7 iyun tarixlərində keçiriləcək.
Oxşar xəbərlər
"Böyük Dəbilqə": Azərbaycan cüdoçularının ilk rəqibləri müəyyənləşib
Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə cüdo üzrə "Böyük Dəbilqə" turnirinin püşkatma mərasimi keçirilib. BAKU.WS xəbər verir ki, püşkün nəticələrinə...