Azərbaycanlı karateçi Bakıdakı yarışda çəki probleminə görə iştirak edə bilmədi

Azərbaycanlı karateçi Bakıdakı yarışda çəki probleminə görə iştirak edə bilmədi
İdman 71

Azərbaycanlı karateçi Fəridə Əliyevanın Bakıda keçirilmiş Premyer Liqa yarışında iştirak etməməsinin səbəbi bilinib.

68 kq-dan yuxarı çəkidə çıxış etməli olan idmançının çəkisi qaydasında olmayıb.

İdmançı yarışdan əvvəl xəstələndiyindən, çəkisi 68 kq-dan aşağı olub. WKF (Ümumdünya Karate Federasiyası) isə onun yarışda iştirak etməsinə icazə verməyib.

Qeyd edək ki, bu çəkidə Ayaka Saito (Yaponiya) Anastasiya Stepaşkoya (Ukrayna) 4:1 hesabı ilə qalib gələrək, karyerasında ilk dəfə Premyer Liqa titulunu qazanıb.

Xatırladaq ki, ilk dəfə Bakıda keçirilmiş Premyer Liqa yarışında Azərbaycan tarixi nailiyyətə imza atıb. 3 qızıl və 3 bürünc medal qazanan Azərbaycan medal sıralamasında yalnız karatenin yaradıcısı Yaponiyadan geri qalıb.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər