Azərbaycanlı futbolçu Bolqarıstan klubunda qol hesabını açıb
28
iyl
2023
23:00
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycan millisinin futbolçusu Cəlal Hüseynov bu yay transfer olunduğu Bolqarıstanın "Arda" komandasında qol hesabını açıb.
"Report"un məlumatına görə, 20 yaşlı müdafiəçi yerli "Etar"la yoldaşlıq oyununda fərqlənib.
21-ci dəqiqədə rəqib qapısına yol tapan gənc oyunçu matçdakı ilk qolun müəllifi olub.
Qeyd edək ki, qarşılaşma "Arda" klubunun 3:1 hesablı qələbəsi ilə başa çatıb.
Oxşar xəbərlər
Çempionlar Liqası: “Qarabağ” darmadağınla II təsnifat mərhələsinə vəsiqə qazanıb - YENİLƏNİB-6
“Qarabağ” UEFA Çempionlar Liqasında I mərhələni keçib. Azərbaycan çempionu Cəbəllütariq təmsilçisi “Linkoln”u səfərdə olduğu kimi, evdə də məğlubiyyətə uğradıb....