Azərbaycanlı FIFA referisi Mahir Emrelinin komandasının oyununa təyinat alıb
04
mar
2024
17:38
Azərbaycanın FIFA referisi Əliyar Ağayev növbəti dəfə beynəlxalq təyinat alıb.
BAKU.WS report-a istinadən xəbər verir ki, 36 yaşlı hakim Xorvatiyada yerli "Dinamo" və Yunanıstanın PAOK komandaları arasında keçiriləcək UEFA Konfrans Liqasının 1/8 final mərhələsinin ilk oyununu idarə edəcək.
Ona Zeynal Zeynalov və Akif Əmirəli yardımçı olacaqlar.
Qeyd edək ki, martın 7-də reallaşacaq "Dinamo" - PAOK qarşılaşması Bakı vaxtı ilə saat 00:00-da start götürəcək. Zaqreb təmsilçisində Azərbaycan millisinin futbolçusu Mahir Emreli də çıxış edir.
Oxşar xəbərlər
UEFA Avropa Liqası: "Qarabağ" Almaniya səfərindən məğlubiyyətlə ayrılır - YENİLƏNİB - 9
"Bayer" - "Qarabağ" oyunu 5-1 hesabı ilə yekunlaşıb. ***00:31 "Bayer" oyunda 5-ci qolu vurub. ***00:12 Almaniyada yerli "Bayer 04" və "Qarabağ" komandaları ar...