Azərbaycanın yunan-Roma güləşi üzrə millisi Avropa çempionu oldu
14
apr
2025
08:48
Azərbaycanın yunan-Roma güləşi üzrə milli komandası Avropa çempionu olub.
BAKU.WS xəbər verir ki, Slovakiyada keçirilən qitə birinciliyində 3 qızıl, 1 gümüş və 2 bürünc medal qazanan komanda 151 xalla Avropanın ən güclüsü adını qazanıb.
Bu, millimizin 2-ci Avropa çempionluğu olub.
Qeyd edək ki, təmsilçilərimizdən Nihat Məmmədli (60 kq), Həsrət Cəfərov (67 kq) və Qurban Qurbanov (82 kq) qızıl, Eldəniz Əzizli (55 kq) gümüş, Ülvi Qənizadə (72 kq) və İslam Abbasov (87 kq) isə bürünc medal qazanıblar.
Oxşar xəbərlər
Premyer Liqa: "Qarabağ" "Şəfa"nı məğlub edib
Misli Premyer Liqasının VI turunda "Qarabağ" "Şəfa"ya qalib gəlib. BAKU.WS xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan matç Ağdam təms...