Azərbaycanın yeniyetmə boksçuları Gürcüstanda 13 medal qazanıblar - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Gürcüstanın Kutaisi şəhərində yeniyetmə boksçular arasında beynəlxalq turnir keçirilib.
"Report"un məlumatına görə, Azərbaycan yığması Gürcüstan, Özbəkistan, İsrail və Latviya millilərinin də qatıldığı yarışı 13 medalla başa vurub.
Baş məşqçi Vaqif Kazımovla məşqçi Teymur Məmmədovun rəhbərlik etdiyi komandada Bilalhəbəşi Nəzərov (46 kq), Eldar Abdullazadə (52 kq) və Orucəli Cavadzadə (57 kq) bütün rəqiblərinə qalib gələrək, qızıl medala sahib olublar. Yalnız finalda uduzan Mircəlal Mirağayevlə (75 kq) İlkin Məmmədli (+80 kq) ikinci yerlə kifayətləniblər.
Digər boksçulardan Ucal Musayev (46 kq), Zidan Hümbətov (48 kq), Sübhan Babayev, Əli Baxışov (hər ikisi 50 kq), Faiq Mollayev (52 kq), Elbrus Kərimli (54 kq), Hüseyn Hüseynli (80 kq) və Məhəmməd Cəfərov (+80 kq) isə turniri bürünc medalla bitiriblər.
Oxşar xəbərlər
Dünya Kubokunda iştirak edəcək komandaların heyəti açıqlanıb
Noyabrın 5-6-da Azərbaycanda ilk dəfə yunan-Roma güləşi üzrə Dünya Kuboku keçiriləcək. Azərbaycan Güləş Federasiyasından BAKU.WS-ə verilən məlumata görə, Bakı İ...