Azərbaycanın Tokio Olimpiadası üçün rəsmi geyim forması - FOTO

Azərbaycanın Tokio Olimpiadası üçün rəsmi geyim forması - FOTO
Foto
İdman 250

Azərbaycan nümayəndə heyətinin Tokio-2020 Yay Olimpiya Oyunları üçün nəzərdə tutulan rəsmi idman forması hazırdır.

Milli Olimpiya Komitəsinin (MOK) mətbuat xidmətindən BAKU.WS-ə verilən məlumata görə, adətən Olimpiya Oyunları ilə bağlı rəsmi geyim formaları və bir sıra digər aksessuarlar ictimaiyyətə Oyunlara yaxın bir dövrdə nümayiş etdirilir.

MOK-un Marketinq şöbəsinin rəhbəri Mehman Kərimov belə bir nümayişin Azərbaycanın Olimpiya komandasının Oyunlara getməzdən öncə bütün iştirakçı federasiyalar və işturakçılarla birgə keçiriləcək xüsusi tədbirdə baş tutacağını bildirib.

Qeyd edək ki, Tokio-2020 Yay Olimpiya Oyunlarının açılış mərasimi iyulun 23-ü və bağlanış mərasimi isə avqustun 8-də baş tutacaq.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər