Azərbaycanın tanınmış idmançısı növbəti dəfə Avropa ÇEMPİONU oldu

Azərbaycanın tanınmış idmançısı növbəti dəfə Avropa ÇEMPİONU oldu
İdman 162

Azərbaycan yunan-Roma güləşçisi Rafiq Hüseynov Macarıstanın paytaxtı Budapeştdə keçirilən Avropa çempionatında final görüşünə çıxıb.

BAKU.WS "Report"a istinadən xəbər verir ki, 82 kq çəki dərəcəsində rəqib Gürcüstan təmsilçisi Gela Bolkvadze olub.

Rəqibinə 2:1 hesabı ilə qalib gələn Hüseynov karyerasında üçüncü dəfə qızıl medal qazanıb.

Beləliklə, Azərbaycanın yunan-Roma güləşi üzrə yığması aktivinə 8-ci medalı yazıb.

Qeyd edək ki, aprelin 2-də Eldəniz Əzizli (55 kq) qızıl, Taleh Məmmədov (63 kq) gümüş, Sənan Süleymanov (77 kq) və İslam Abbasov (87 kq) bürünc medala yiyələnib.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər