Azərbaycanın taekvondoçuları İsveçrədə "Swiss Open" turnirində iştirak edəcəklər
04
sen
2026
21:33
Azərbaycanın taekvondo üzrə gənclərdən ibarət millisi İsveçrənin Sant Qallen şəhərində keçiriləcək "Swiss Open" beynəlxalq turnirində mübarizə aparacaqlar.
Azərbaycan Taekvondo Federasiyasından BAKU.WS-ə verilən məlumata görə, yarışda ölkəmizi Xıdır Məmmədov (54 kq), Fuad Məhərləmli (63 kq), Cavad Ağayev (74 kq), Taleh Süleymanov (87 kq) və Minayə Əkbərova (46 kq) təmsil edəcəklər.
İdmançılar səfərə milli komandanın məşqçiləri Ayxan Tağızadə və Fəridə Əzizovanın rəhbərliyi altında yollanıblar.
Qeyd edək ki, turnir sentyabrın 6-da start götürəcək.
Oxşar xəbərlər
Azərbaycanın veteran cüdoçuları Avropa çempionatında daha iki medal qazanıblar
Portuqaliyanın Portiman şəhərində keçirilən cüdo üzrə veteranlar arasında Avropa çempionatında Azərbaycan təmsilçiləri daha 2 medal qazanıblar. BAKU.WS-in məlum...