Azərbaycanın su polosu yığması beynəlxalq turnirdə bürünc medal qazanıb

Azərbaycanın su polosu yığması beynəlxalq turnirdə bürünc medal qazanıb
İdman 7

Su polosu üzrə Azərbaycanın U-13 yığması Macarıstanın Bekeşçaba şəhərində keçirilən beynəlxalq turnirdə bürünc medal qazanıb.

BAKU.WS report-a istinadən xəbər verir ki, bu barədə Azərbaycan Üzgüçülük Federasiyasının mətbuat xidmətindən bildirilib.

Qeyd edilib ki, milli 2009-2010-cu il təvəllüdlü idmançılar arasında “Dia Polo” yarışında 3-cü yeri tutub.Turnirdə Azərbaycanla yanaşı, Rumıniya, Polşa, Finlandiya, Bolqarıstan yığmaları, Macarıstanın “Budapeşt”, “Sşentiş” və “Bekeşçaba” komandaları mübarizə aparıblar.

Azərbaycan yığmasının üzvü Rəhim Əlimərdan yarışın ən yaxşı oyunçusu, Ağaismayıl Babayev isə ən azyaşlı oyunçusu nominasiyalarının qalibi olub.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər