Azərbaycanın minifutbol millisi Avropa çempionatının finalına vəsiqə qazanıb
03
iyn
2026
23:56
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Minifutbol üzrə Azərbaycan millisi Slovakiyada keçirilən Avropa çempionatının finalına vəsiqə qazanıb.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, Elşad Quliyevin baş məşqçisi olduğu kollektiv yarımfinalda Serbiyanı məğlub edib.
"Tipos Arena"da keçirilən qarşılaşmanın əsas vaxtı 1:1 hesabı ilə bitib.
Komandanın heyətində Xətai Bağırov fərqlənib.
Daha sonra penaltilər seriyasına ehtiyac duyulub. Burada daha dəqiq oynayan (3:1) komandamız adını finala yazdırıb.
Azərbaycan millisi finalda Ukrayna ilə qarşılaşacaq. Matç iyunun 4-də keçiriləcək.
Oxşar xəbərlər
Osimhen "Qalatasaray"ın yeni transferindən danışdı: "Möhtəşəm iş görüblər"
"Qalatasaray"ın hücumçusu Viktor Osimhen komandanın rusiyalı yarımmüdafiəçisi Aleksey Batrakovun transferini yüksək qiymətləndirib. BAKU.WS xəbər verir ki, nige...