Azərbaycanın iki güləşçisi finala çıxdı, biri erməni ilə qarşılaşacaq
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycanın iki yunan-Roma güləşçisi Bolqarıstanın Samokov şəhərində yeniyetmələr arasında Avropa çempionatının finalına yüksəlib.
Azərbaycan Güləş Federasiyasından BAKU.WS-ə verilən məlumata görə, 48 kq-da çıxış edən Fəraim Mustafayev 1/4 finalda Oliver Qrauenə (Estoniya) 8:0, yarımfinalda isə Kazbek Tarkanova (Rusiya) 9:0 hesabı ilə qalib gələrək həlledici görüşə vəsiqə qazanıb. O, qızıl medal uğrunda türkiyəli Servet Angi ilə qarşılaşacaq.
55 kq-dakı Fərid Baxışlı isə ardıcıl olaraq, Yuhan Kristyuhan (Estoniya), Luka Musman (Almaniya), Konstantin Savçuk (Rusiya) və Saveliy Raşçinskini (Belarus) məğlub edərək finala adlayıb. Onun həlledici qarşılaşmadakı rəqibi Ermənistan təmsilçisi Armen Sukiasyan olacaq.
Oxşar xəbərlər
Firdovsi Umudov: "Bəzi qüvvələr yığmada problem axtarırdılar" - MÜSAHİBƏ
Sərbəst güləş üzrə milli komandanın baş məşqçi vəzifəsindən ayrılan Azərbaycan Güləş Federasiyasının vitse-prezidenti Firdovsi Umudovun "Report"a müsahibəsi...-...