Azərbaycanın iki cüdo hakimi B kateqoriyası alıb - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycan Cüdo Federasiyasının (ACF) iki hakimi B kateqoriyalı beynəlxalq status alıb.
ACF-dən BAKU.WS-ə verilən məlumata görə, Bəhriyyə Hüseynova və Elşad Əsədov Sloveniyanın Sele şəhərində Avropa Cüdo Birliyi (EJU) tərəfindən təşkil olunmuş imtahandan uğurla keçiblər.
Onlar İlkin olaraq nəzəri hissəyə dair, daha sonra 1-2 oktyabrda keçirilən böyüklər arasında Açıq Avropa Kuboku yarışlarında görüşləri idarə edərək praktiki imtahan veriblər.
Qeyd edək ki, bu il federasiyanın hakimlər üzrə meneceri Mətin Rəhimli və hakimlər heyətinin üzvü Nazim Umbayev A kateqoriyası qazanıb.
Qalereya
Oxşar xəbərlər
Avropa Cüdo Birliyinin yeni pezidenti seçildi
Avstriyanın paytaxtı Vyanada Avropa Cüdo Birliyinin (EJU) növbədənkənar konqresi keçirilib. BAKU.WS xəbər verir ki, 51 üzv ölkənin 49-nun iştirak etdiyi tədbirə...