Azərbaycanın iki boksçusu Avropa çempionatında 1/4 finala yüksəlib

Azərbaycanın iki boksçusu Bolqarıstanın paytaxtı Sofiyada davam edən U-23 Avropa çempionatında 1/4 finala yüksəlib.
BAKU.WS xəbər verir ki, yarışın üçüncü günündə 51 kq-da mübarizə aparan Nicat Hüseynov ilk görüşündə Skott Riçardsla (Uels) döyüşüb.
1/8 final görüşü boksçumuzun 5:0 (30:27, 30:27, 30:27, 30:27, 29:28) hesablı qələbəsi ilə yekunlaşıb. Hüseynov 1/4 finalda ispaniyalı Rafael Serrano ilə qüvvəsini sınayacaq.
Murad Allahverdiyev də ilk qarşılaşmasını xeyrinə bitirib. O, Aleksey Koktsikava (İBAB) 3:2 (28:29, 29:28, 30:27, 28:29, 30:27) hesabı ilə qalib gəlib. Allahverdiyevnövbəti mərhələdə Matviy Rajba (Ukrayna) ilə münasibətinə aydınlıq gətirəcək.
Qeyd edək ki, Avropa çempionatında kişi boksçular arasında 1/4 final mərhələsinin görüşləri oktyabrın 16-da keçirəcək.
Oxşar xəbərlər
Formula-1 ilə bağlı sürücülərə MÜRACİƏT - Bu yollardan istifadə edin
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin "2025 Formula-1 Azərbaycan Qran Prisi" ilə əlaqədar sürücülərə müraciət edib. Bu barədə BAKU.WS-ə İdarədən məlumat veril...
