Azərbaycanın güləşçiləri beynəlxalq turnirə uğurlu start verib
Yeniliklərdən dərhal xəbərdar olun
Bolqarıstanın paytaxtı Sofiyada Dan Kolov və Nikola Petrovun xatirə turnirinə start verilib.
BAKU.WS "report"a istinadən xəbər verir ki, ilk yarış günündə Azərbaycanın iki güləşçisi mübarizəyə qoşulub.
61 kq-da yer alan İntiqam Vəlizadə ardıcıl olaraq Daniel Popov (İsrail), Nika Zakaşvili (Gürcüstan) və Georgi Vangelova (Bolqarıstan) qalib gələrək finala yüksəlib. O, qızıl medal uğrunda görüşdə Recep Topalla (Türkiyə) qarşılaşacaq.
92 kq-da çıxış edən İbrahim Yusubov isə təsnifat mərhələsində Denis Sahaliuku (Ukrayna) məğlub etsə də, 1/4 finalda Ahmed Batayevlə (Bolqarıstan) bacarmayıb. Lakin rəqib finala çıxdığından Azərbaycan təmsilçisi bürünc medal görüşündə iştirak hüququ qazanıb. Onun rəqibi Andrian Qrosul (Moldova) olacaq.
Qeyd edək ki, ənənəvi turnirdə Azərbaycanı həmçinin sərbəst güləşçilərdən Orxan Abasov, Abubakr Abakarov (hər ikisi 86 kq), Rahid Həmidli və Georgi Meşvildişvili (hər ikisi 125 kq), qadınlardan isə Mariya Stadnik, Türkan Nəsirova (hər ikisi 50 kq) və Elis Manolova (62 kq) qüvvəsini sınayacaq. Yarışa martın 5-də yekun vurulacaq.
Oxşar xəbərlər
Güləşçilərimiz Avropa çempionatına 1 qızıl və 3 gümüş medalla başladı - YENİLƏNİB/VİDEO
Macarıstanın paytaxtı Budapeştdə güləş üzrə Avropa çempionatına start verilib. BAKU.WS Güləş Federasiyasının yaydığı məlumata istinadən xəbər verir ki,Qitə biri...