Azərbaycanın futbol millisinin baş məşqçi postuna namizədlərin siyahısı tamamlanıb
Yeniliklərdən dərhal xəbərdar olun
AFFA-nın İşçi Qrupu milli komandanın baş məşqçi postuna namizədlərin siyahısını tamamlayıb.
BAKU.WS Report-a istinadən xəbər verir ki, bu barədə milli assosiasiyanın prezidenti Rövşən Nəcəf mətbuat konfransında məlumat verib.
"Ancaq yığmanın baş məşqçisi məsələsi müzakirə olunacaq. Azərbaycan millisindən gözlədiyimiz oyun tərzinə uyğun mütəxəssis axtaracağıq. Bu, yerli və ya əcnəbi ola bilər. Yeni baş məşqçi məsələsində bacarıq, baxış, dəyərlər üzərində dayanacağıq. Daha çox həmin şəxsin bizə verə biləcəyi əlavə dəyərlərə fokuslanmalıyıq", - deyə AFFA prezidenti vurğulayıb.
Oxşar xəbərlər
AFFA prezidentliyinə və İcraiyyə Komitəsinə namizədlər müəyyənləşib
AFFA prezidentiliyinə və İcraiyyə Komitəsinə namizədlər müəyyənləşib. BAKU.WS milli assosiasiyanın saytına istinadən xəbər verir ki, aprelin 2-də keçiriləcək nö...