Azərbaycanın fiqurlu konkisürəni karyerasını bitirməsinin səbəbini açıqlayıb
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycanın fiqurlu konkisürəni Yekaterina Ryabova karyerasını başa vurmasının səbəbini açıqlayıb.
BAKU.WS "report"a istinadən xəbər verir ki, 19 yaşlı idmançı "Sport-Express" nəşrinə müsahibəsində bunu ağır zədə alması ilə əlaqələndirib.
O bildirib ki, səhhəti artıq bu idman növü ilə məşğul olmağa imkan vermir.
Qeyd edək ki, Yekaterina Ryabova kiçik yaşlarından Rusiya yığmasında çıxış edib. 2019-cu ilin yanvarında o, Azərbaycan yığmasının heyətinə daxil edilərək, Avropa və dünya çempionatlarına aparılıb. Ryabova 3 il öncə beynəlxalq "Ice Star" turnirinin bürünc mükafatçısı olub.
Fiqurlu konkisürən Pekin-2022 Qış Olimpiya Oyunlarında isə fərdi proqramda 15-ci yeri tutub.
Oxşar xəbərlər
Vəzifədə olan məşhur idmançılar... - SİYAHI
Azərbaycan dövləti beyxənxalq yarışlarda üçrəngli bayrağımızı qaldıran idmançılara hər zaman yüksək dəyər verib və onlar mükafatlandırılmaqla yanaşı, müəyyən st...