Azərbaycanın ən əla bədən quruluşlu idmançı xanımı seçildi - FOTO

20
may
2019
09:55
Dünən Bakıda bodibildinq və fitnes bikini üzrə çempionat keçirilib.BAKU.WS “Sputnik”ə istinadən xəbər verir ki, ümumilikdə yarışlarda 31 atlet iştirak edib. Fitnes-bikini kateqoriyasında əla fiqura nümayiş etdirərək Salatın Əsədova qalib olub.Daha sonra yarış mens fizik kateqoriyası ilə davam edib. Bu yarışda boyu 170 sm-dək olan idmançılar arasında Elşən Nuri, boyu 176 sm-dək olanlar arasında Tural Aslanov, boyu 176 sm-dən yuxarı olanlarda isə İmaş Quluzadə qalib gəlib. Klassik bodibildinq üzrə ölkə kuboku uğrunda yarış çox gərgin şəraitdə keçib. Nəticədə boyu 175 sm-dək olan bodibilderlər arasında Murad İsayev, boyu 175 sm-dən hündür olanlarda Rauf Əliyev qalib olublar. Çəkisi 75 kq-dək olan idmançılar arasında kubokun sahibi Teymur Aslanov, 90 kq-dək olanlarda Əliyulla Abbaszadə, 90 kq-dan yuxarı çəkidə isə Şükran Soltanov olub. Bu tarış növündə hər bir bodibilder öz fərdi prqoramı ilə çıxış edib.
Qalereya
Oxşar xəbərlər
Polis qadın Azərbaycan çempionu oldu - FOTO
Bu günlərdə Pauerliftinq üzrə Azərbaycan çempionatı keçirilib.BAKU.WS xəbər verir ki, yarışda 15 rayonu təmsil edən 20 klubun heyətində 150-yə yaxın idmançı 12...
