Azərbaycanın cüdo yığmasının dünya çempionatındakı medal sıralamasında mövqeyi bəlli olub

Azərbaycanın cüdo yığmasının dünya çempionatındakı medal sıralamasında mövqeyi bəlli olub
İdman 60

Cüdo üzrə Azərbaycan millisinin Özbəkistanın paytaxtı Daşkənddə keçirilən dünya çempionatında medal sıralamasındakı mövqeyi bəlli olub.

BAKU.WS "report"a istinadən xəbər verir ki, fərdi mübarizəni 2 bürünc medalla başa vuran yığma yekunda 17-ci yeri tutub.

Mundialda 12 medal (5 qızıl, 4 gümüş, 3 bürünc) qazanan Yaponiya komanda hesabında çempion olub. 2 qızıl, 1 gümüş və 1 bürünc medal əldə edən Braziliya 2-ci yerlə kifayətlənib. İlk "3-lüy"ü 2 qızıl medalla təşkilatçı ölkə tamamlayıb.

Qeyd edək ki, Azərbaycan cüdoçularından Hidayət Heydərov (73 kq) və Zelim Kotsoyev (100 kq) bürünc medal qazanıb. Dünya çempionatına oktyabrın 13-də qarışıq komanda yarışı ilə yekun vurulacaq.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər