Azərbaycanın çimərlik güləşçiləri Dünya Seriyasının növbəti mərhələsində iştirak edəcəklər
26
sen
2025
22:43
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Həftəsonu Yunanıstanın Katerini şəhərində çimərlik güləşi üzrə Dünya Seriyasının növbəti mərhələsi keçiriləcək.
BAKU.WS xəbər verir ki, cari ildə 4-cü dəfə təşkil ediləcək yarışda Azərbaycanı Vüsal Əliyev (80 kq) və İbrahim Yusubov (90 kq) təmsil edəcəklər.
Sabah təsnifat mərhələsi və qruplarda ilk iki turun görüşləri baş tutacaq. Bazar günü isə qruplarda son turun qarşılaşmaları, 1/4 final, yarımfinal və medallar uğrunda görüşlər keçiriləcək.
Mübarizə hər iki gün Bakı vaxtı ilə 11:00-da start götürəcək.
Oxşar xəbərlər
"Böyük Dəbilqə": Azərbaycan cüdoçularının ilk rəqibləri müəyyənləşib
Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə cüdo üzrə "Böyük Dəbilqə" turnirinin püşkatma mərasimi keçirilib. BAKU.WS xəbər verir ki, püşkün nəticələrinə...