Azərbaycanın basketbol millisi Avropa çempionatında növbəti dəfə məğlub olub

Azərbaycanın basketbol millisi Avropa çempionatında növbəti dəfə məğlub olub
İdman 40

Azərbaycanın 20 yaşadək oğlan basketbolçulardan ibarət yığması Avropa çempionatının B divizionunda növbəti matçına çıxıb.

"Report" xəbər verir ki, B qrupunda Böyük Britaniya ilə qarşılaşan millimiz 51:97 hesabı ilə məğlub olub.

Qeyd edək ki, seçməmiz dünən ilk oyunda Portuqaliyaya 34:90 hesabı ilə uduzub. İspaniyalı məşqçi Alberto Blankonun rəhbərlik etdiyi yığma Portuqaliya, Niderland, Böyük Britaniya və İrlandiya yığmaları ilə eyni qrupda yer alıb.

Son xəbərlər