Azərbaycanın Avropa çempionu olan güləşçisi: Qızıl medallar qazanmaqda davam edəcəyəm

Azərbaycanın Avropa çempionu olan güləşçisi: Qızıl medallar qazanmaqda davam edəcəyəm
İdman 61

Qızıl medallar qazanmaqda davam edəcəyəm.

BAKU.WS report-a istinadən xəbər verir ki, bunu İtaliyanın Kaorle şəhərində keçirilən U-15 qitə birinciliyində Avropa çempionu olan Azərbaycanın sərbəst millisinin güləşçisi Hüseyn Rzazadə (41 kq) jurnalistlərə açıqlamasında deyib.

O, qeyd edib ki, yarışa xüsusi hazırlaşıb: "İlk öncə fiziki-təlim məşq toplantısında iştirak etdik. On gün Xaçmaz şəhərində təlim-məşq toplantımız oldu. Sonra Mərdəkanda bir neçə günlük təlim-məşq toplantımız oldu.

Mən uzun müddətdir intensiz məşqlər edirəm. Avropa çempionatına xüsusi hazırlaşmışdım. Avropa çempionatında qələbə mənimçün çox vacib idi.

Toplantılardan sonra İtaliyanın Kaorle şəhərində keçirilən U-15 Avropa çempionatında iştirak etdik".

Son xəbərlər