Azərbaycanəsilli Emil Əliyev Rusiya Minifutbol Assosiasiyasının prezidenti seçildi
Yeniliklərdən dərhal xəbərdar olun
Rusiya Minifutbol Assosiasiyasının prezidenti Emil Əliyev təşkilatın hesabat-seçki konfransı zamanı yenidən bu vəzifəyə layiq görülüb.
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, Emil Əliyev növbəti beşillik dövr üçün assosiasiyanın prezidenti seçilib.
Əliyev 2011-ci ildən Rusiya Minifutbol Assosiasiyasına rəhbərlik edir. O, 2016 və 2021-ci illərdə də bu vəzifəyə yenidən seçilib. Əliyev daha əvvəl, 2003-cü ildən Superliqanın icraçı direktoru vəzifəsində çalışıb, 2005-ci ildə isə Rusiya Minifutbol Assosiasiyasının baş direktoru olub.
Qeyd edək ki, Emil Əliyev əslən Bakıdandır. O, 1978-ci ildə Azərbaycan paytaxtında anadan olub. Pedaqoji elmlər doktoru, professor, Rusiyanın əməkdar bədən tərbiyəsi xadimi olan Əliyev həmçinin bədən tərbiyəsi və idman sahəsində bir sıra elmi əsərlərin müəllifidir.
Oxşar xəbərlər
"Böyük Dəbilqə": Azərbaycan cüdoçularının ilk rəqibləri müəyyənləşib
Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə cüdo üzrə "Böyük Dəbilqə" turnirinin püşkatma mərasimi keçirilib. BAKU.WS xəbər verir ki, püşkün nəticələrinə...