Azərbaycanda ilk dəfə tam məsafəyə marafon qaçış yarışı keçirilib

Azərbaycanda ilk dəfə tam məsafəyə marafon qaçış yarışı keçirilib
Foto
İdman 54

Azərbaycanda ilk dəfə tam məsafəyə marafon qaçış yarışı keçirilib.

BAKU.WS xəbər verir ki, Gənclər və İdman Nazirliyi, Azərbaycan Atletika Federasiyası və "Zəfər" Qaçış Klubunun birgə təşkilatçılığı ilə "Prezident Kuboku" uğrunda yarış 2024-cü ilin "İdman Paytaxtı" olan Qubada baş tutub.

Açılış mərasimində çıxış edən Azərbaycan Atletika Federasiyasının prezidenti Cavid Qurbanov "Prezident Kuboku"nun əhəmiyyətindən danışaraq bu cür kütləvi yarışların davamlı olaraq təşkil ediləcəyini bildirib.

Marafonda yerli idmançılarla yanaşı, Türkiyə, Rusiya, Gürcüstan, Çin və Belçika təmsilçilərinin də daxil olduğu 132 atlet mübarizə aparıb.

Quba Olimpiya İdman Kompleksində start götürən və qaçış məsafəsi 42 km 195 metr olan marafonda iştirakçılar Heydər Əliyev prospekti üzrə hərəkət ediblər.

Yekunda kişilərin mübarizəsində Türkiyə təmsilçisi Ahmed Alkanoğlu 02:40:37 göstərici ilə "Prezident kuboku"nun qalibi olub. Elman Abışov 2-ci, Ağa Əliyev 3-cü yeri tutub. Qadınların mübarizəsində Leyla Abdinova 03:28:48 nəticə ilə fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Yuliya Belkova finişə 2-ci, Natalya Şiyanova isə 3-cü gəlib. 40, 50 və 60 yaşdan yuxarı iştirakçılar kateqoriyasında müvafiq olaraq kişilərdə Qin Ru, Yadigar Hüseynov və Tapdıq Dadaşov, qadınlarda isə Aynur Kazımova və Gülparə Əliyeva qalib adını qazanıblar.

Oxşar xəbərlər

"Qalatasaray" səfərdə böyük hesablı qələbə qazandı

"Qalatasaray" səfərdə böyük hesablı qələbə qazandı

Türkiyə Super Liqasında XVII tur davam edir. BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, bu gün lider "Qalatasaray" meydana çıxıb. Komanda "Kayserispor"un qonağı...

72 İdman 21:29 22 dekabr 2024

Son xəbərlər