Azərbaycan "Tokio 2020" Yay Paralimpiya Oyunlarına 6-cı lisenziyanı qazanıb

08
noy
2019
23:13
Azərbaycan "Tokio 2020" Yay Paralimpiya Oyunlarına 6-cı lisenziyanı qazanıb."Report"un məlumatına görə, bu vəsiqəyə para-atlet Samir Nəbiyev sahib çıxıb.Nuriyev Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilən dünya çempionatında kişilər arasında F57 kateqoriyasında nüvə itələmə yarışıda 14,06 metr göstərici ilə 4-cü yeri tutub. O, ilk "dördlüy"ə düşdüyü üçün paralimpiadada iştirak hüququna yiyələnib. Daha əvvəl dünya çempionatında Kamil Əliyev uzununa tullanma üzrə T12 kategoriyasinda 3-cü yeri tutaraq, lisenziya əldə edib.Qeyd edək ki, dünya çempionatı noyabrın 15-dək davam edəcək. Növbəti günlərdə digər idmançılar da yarışlara qatılacaqlar.
Oxşar xəbərlər
“Unibank”ın dəstək olduğu Milli Paralimpiya komandası Tokio -2020-də iştirak edəcək
“Unibank”ın dəstək verdiyi paralimpiya komandasının üzvləri gələn ilin yayında Tokioda keçiriləcək Yay Paralimpiya Oyunlarında ölkəmizi təmsil edəcəklər.Azərbay...