Azərbaycan taekvondoçusu Avropa çempionatında gümüş medal qazandı

Azərbaycan taekvondoçusu Avropa çempionatında gümüş medal qazandı
İdman 49

Azərbaycan Bolqarıstanın paytaxtı Sofiyada keçirilən taekvondo üzrə klublararası Avropa çempionatında ilk medalını qazanıb.

BAKU.WS xəbər verir ki, "Alpman" klubunun üzvü Səlimə Quliyeva ikinci yerə çıxıb.

İdmançı gənclərin mübarizəsində 42 kq çəki dərəcəsində 1/8 finalda britaniyalı Gina Beynə (“Horizon” Taekvondo Akademiyası) 2:0 hesabı ilə qalib gəlib.

O, daha sonra eyni hesabla Almaniyanın “TVBB Elit” klubundan Stefani Nikolayevanı, yarımfinalda isə Vasiliki Papadopoulounu (“Açilleas Egaleo”, Yunanıstan) məğlub edib.

Taekvondoçu finalda Mixalina Vrobelləyə (Polşa klubu) 1:2 hesabı ilə uduzaraq ikinci yerlə kifayətlənib.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər