Azərbaycan samboçuları Avropa çempionatında dörd medal qazandılar
21
apr
2023
19:16
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Böyüklərdən ibarət Azərbaycan sambo millisi İsrailin Hayfa şəhərində keçirilən Avropa çempionatında dörd medal qazanıb.
Azərbaycan Sambo Federasiyasının mətbuat xidmətindən BAKU.WS-ə verilən məlumata görə, Mirfəttah Seyidəliyev (64 kq) gümüş medalla kifayətlənib. Mehman Xəlilov (58 kq), Hacalı Qasımov (71 kq) və Ceyhun Hüseynov (88 kq) bürünc medal qazanıblar.
Qeyd edək ki, Avropa çempionatı yeniyetmə və gənc samboçuların yarışı ilə davam edir. Qitə birinciliyi aprelin 23-də başa çatacaq.
Oxşar xəbərlər
Azərbaycan İslam Həmrəyliyi Oyunlarını 99 medalla başa vurub
Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunları başa çatıb. BAKU.WS "report"a istinadən xəbər verir ki, Azərbaycan yarışı 99 medalla bitirib və...