Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi ICESCO-nun Baş direktoru ilə görüşüb - FOTO
07
iyn
2024
21:21
Azərbaycan Prezidentinin Şuşadakı xüsusi nümayəndəsi Aydın Kərimov Rabatda İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ICESCO) baş birektoru Səlim bin Məhəmməd əl-Malik ilə görüşüb.
BAKU.WS bu barədə ICESCO-nun mətbuat xidmətinə istinadən xəbər verir.
Məlumata görə, tərəflər Şuşa şəhərinin 2024-cü il üçün İslam dünyasının mədəniyyət paytaxtı elan olunması ilə bağlı tədbirlər planını müzakirə ediblər.
Görüş zamanı Əl-Malik ICESCO-nun Azərbaycanla əməkdaşlığı dərinləşdirmək istəyini təsdiqləyib.
Qalereya
Oxşar xəbərlər
Avropa çempionatında yüksək nəticələr qazanan Azərbaycan güləşçiləri ilə görüş keçirilib - FOTO
Azərbaycan Güləş Federasiyasının (AGF) prezidenti, iqtisadiyyat naziri Mikayıl Cabbarov, gənclər və idman naziri Fərid Qayıbov, elm və təhsil naziri Emin Əmrull...