Azərbaycan Premyer Liqası: "Zirə" "Səbail"ə qalib gəlib

Azərbaycan Premyer Liqası: Zirə Səbailə qalib gəlib
İdman 38

Futbol üzrə Azərbaycan Premyer Liqasında XXIII turun daha bir oyunu keçirilib.

BAKU.WS "report"a istinadən xəbər verir ki, günün ilk matçında "Zirə" "Səbail"i qəbul edib.

Zirə İdman Kompleksinin stadionunda oynanılan qarşılaşma meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

32-ci dəqiqədə Hamidu Keyta hesabı açıb. 28 yaşlı fransalı yarımmüdafiəçi iki dəqiqə sonra penaltini dəqiq yerinə yetirməklə özünün və komandasının ikinci qoluna imza atıb. 90+4-cü dəqiqədə Nikolas Raysel penaltidən təsəlli qolunu vurub.

Qələbə sayəsində xallarının sayını 39-a çatdıran "Zirə" 3-cü pillədə qərarlaşıb. "Dənizçilər" 14 xalla sonuncu - 8-ci yerdədir.

Qeyd edək ki, günün digər görüşündə "Neftçi" "Sabah"ı qəbul edəcək. İlk oyun günündə "Qəbələ" evdə "Sumqayıt"la 1:1 hesablı heç-heçəyə razılaşıb, "Qarabağ" isə "Şamaxı"nı darmadağın edib - 8:0.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər