Azərbaycan Premyer Liqası: "Qəbələ" autsayderə uduzdu - VİDEO

Azərbaycan Premyer Liqası: Qəbələ autsayderə uduzdu - VİDEO
Video
İdman 58

Futbol üzrə Azərbaycan Premyer Liqasında XXII tura yekun vurulub.

BAKU.WS "Report"a istinadən xəbər verir ki, turun son oyununda "Qəbələ" autsayder "Səbail"in qonağı olub. "ASCO Arena"dakı qarşılaşma meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Paytaxt təmsilçisinin heyətində qolları 41-ci dəqiqədə Adil Nağıyev, 67-ci dəqiqədə Nikolas Raysel və 73-cü dəqiqədə İbrahim Aslanlı vurublar.

Bu nəticədən sonra xallarını 14-ə çatdıran "Səbail" sonuncu pillədəki mövqeyində qalıb. "Qəbələ" isə 34 xalla 4-cüdür.

Qeyd edək ki, turun əvvəlki oyunlarında "Neftçi" səfərdə "Şamaxı"ya 2:1, "Sabah" evdə "Zirə"yə 3:1 və "Qarabağ" səfərdə "Sumqayıt"a 3:0 hesabı ilə qalib gəlib.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər