Azərbaycan Premyer Liqası: "Qarabağ" "Neftçi"ni böyük hesabla məğlub edib
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycan Premyer Liqasın XXXIII turu çərçivəsində daha bir oyun keçirilib.
“Report” xəbər verir ki, "Qarabağ" "Neftçi"ni qəbul edib.
FIFA referisi İnqilab Məmmədovun idarə etdiyi qarşılaşmada "Qarabağ" 5:0 hesablı qələbə qazanıb. Ağdam təmsilçisinin heyətində 12 və 77-ci dəqiqələrdə Nəriman Axundzadə, 41-ci dəqiqədə Toral Bayramov fərqlənib. "Qarabağ"ın digər qollarını isə 66-cı dəqiqədə Leandro Andrade, 85-ci dəqiqədə Abdullah Zubir vurub.
"Neftçi"nin futbolçusu Yuri Matias 78-ci dəqiqədə qırmızı vərəqə ilə meydandan qovulub.
Artıq çempionluğu təmin etmiş "Qarabağ"ın 76 xalı var. "Neftçi" isə 50 xalla 3-cü yerdədir.
Bu gün, baş tutan digər görüşdə "Kəpəz"lə "Sumqayıt" heç-heçə edib - 1:1.
Qeyd edək ki, turun digər oyunları mayın 5-i və 6-da keçiriləcək.
Oxşar xəbərlər
“Qarabağ” tarixində ilk dəfə avrokubokların 1/8 finalına yüksəlib – YENİLƏNİB-13/VİDEO
“Qarabağ” tarixində ilk dəfə avrokubokların 1/8 finalına yüksəlib. Azərbaycan çempionu UEFA Avropa Liqasının pley-off mərhələsində Portuqaliyanın “Braqa” klubun...