Azərbaycan Premyer Liqası: “Qarabağ” ilk qələbəsini qazanıb
13
avq
2023
21:43
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
"Qarabağ" futbol üzrə Azərbaycan Premyer Liqasının 2023/24 mövsümündə ilk qələbəsini qazanıb.
BAKU.WS oxu.az-a istinadən xəbər verir ki, ilk matçda "Zirə"yə uduzan Ağdam klubu II turda "Turan Tovuz"dan güclü olub.
Komanda öz meydanında böyük hesablı qələbəyə sevinib - 3:0.
30-cu dəqiqədə Juninyo "atlılar"ın ilk qolunu vurub.66-cı dəqiqədə Abdullah Zubir fərqi artırıb.
Üç dəqiqə sonra Adama Diakabi matçda son nöqtəni qoyub.
Bu qələbədən sonra "Qarabağ" üç xalla dördüncüdür. Eyni xala malik "Turan Tovuz" beşinci pillədə qərarlaşıb.
Oxşar xəbərlər
Azərbaycan Premyer Liqası: “Neftçi” ili qələbə, “Sabah” darmadağınla başa vurub – VİDEO
Futbol üzrə Azərbaycan Premyer Liqasında XVIII tura start verilib. “Report”un məlumatına görə, açılış oyununda “Neftçi” “Şamaxı”nı qəbul edib. “Bakcell Arena”da...