Azərbaycan Premyer Liqası: "Neftçi" - "Qarabağ" oyununun yeri dəyişdirilib
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycan Premyer Liqasının VII turunda üz-üzə gələcək "Neftçi" - "Qarabağ" oyununun yeri dəyişdirilib.
BAKU.WS Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytına istinadən xəbər verir ki, "Neftçi" klubunun ev oyunlarını keçirdiyi "Neftçi Arena"da təmir və yenidənqurma işləri başa çatmadığına görə "ağ-qaralar" "Qarabağ"la matçın məkanının dəyişdirilməsi üçün PFL-ə müraciət edib.
"Qarabağ" klubunun rəsmi razılığını nəzərə alan qurum VII turda baş tutacaq "Nefçi" - "Qarabağ" oyunu ilə XV turun "Qarabağ" - "Neftçi" oyununun yeri dəyişdirib. Qarşılaşma sentyabrın 20-də saat 20:00-da "Azərsun Arena"da reallaşacaq.
Oxşar xəbərlər
"Böyük Dəbilqə": Azərbaycan cüdoçularının ilk rəqibləri müəyyənləşib
Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə cüdo üzrə "Böyük Dəbilqə" turnirinin püşkatma mərasimi keçirilib. BAKU.WS xəbər verir ki, püşkün nəticələrinə...