Azərbaycan Premyer Liqası: "Araz-Naxçıvan" qələbə qazanıb
10
avq
2024
21:36
Azərbaycan Premyer Liqasının II turunda daha bir qarşılaşma baş tutub.
“Report” xəbər verir ki, “Araz-Naxçıvan” klubu “Liv Bona Dea Arena”da “Şamaxı”nı qəbul edib.
Görüş Naxçıvan təmsilçisinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. 59-cu dəqiqədə Ramon Maçado fərqlənib.
II turun ötən gün baş tutan “Qarabağ” - “Kəpəz” matçında meydan sahibləri 3:0 hesablı qələbə qazanıb.
Qeyd edək ki, II tura avqustun 11-də yekun vurulacaq.
Oxşar xəbərlər
UEFA Konfrans Liqası: "Sabah" növbəti mərhələyə vəsiqə qazanıb - YENİLƏNİB - 11
UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin cavab oyununda "Sabah" - "Makkabi" (Hayfa, İsrail) ilə qarşılaşıb. Bakıdakı “Bank Respublika Arena”da baş tutan...