Azərbaycan millisinin üzvü: "Ümid edirəm ki, növbəti mərhələlərdə də qələbələr qazanacağıq"
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycanın minifutbol yığmasının üzvü Mirmehdi Rzayev Mavritaniya üzərində qazandıqları qələbədən sonra komandanın növbəti mərhələyə yüksəlməsini dəyərləndirib.
BAKU.WS report-a istinadən xəbər verir ki, o, ilk matçda bəxtlərinin gətirmədiyini deyib.
M.Rzayev komandanın gücünün daha artıq olduğunu düşünür:
"Qələbə qazandıq, düşünürəm ki, gücümüz bundan da artıqdır. İlk oyunda bəxtimiz gətirməmişdi. Şükür ki, qrup mərhələsini lider kimi bitirdik. Ümid edirəm ki, növbəti mərhələlərdə də qələbələr qazanacağıq".
"Avropa çempionu olmaq tam başqa hisslər idi. Bura isə fərqlidir. Doğma azarkeşlər önündə oynamaq, həqiqətən zövq verir. Bizə dəstək göstərənlərə təşəkkürümü bildirirəm", - deyə futbolçu əlavə edib.
Qeyd edək ki, Azərbaycan millisi qrup mərhələsinin son turunda Mavritaniyanı 2:0 hesabı ilə məğlub edərək 1/8 finala vəsiqə qazanıb.
Oxşar xəbərlər
Osimhen "Qalatasaray"ın yeni transferindən danışdı: "Möhtəşəm iş görüblər"
"Qalatasaray"ın hücumçusu Viktor Osimhen komandanın rusiyalı yarımmüdafiəçisi Aleksey Batrakovun transferini yüksək qiymətləndirib. BAKU.WS xəbər verir ki, nige...