Azərbaycan millisinin üzvü Mirmehdi Rzayev: "İtaliya ilə matçda mütləq qələbə qazanmalıyıq"
Yeniliklərdən dərhal xəbərdar olun
Minifutbol üzrə Azərbaycan millisi Slovakiyada İtaliya yığmasına qarşı keçirəcəyi Avropa çempionatının ikinci matçında mütləq qələbə qazanmalıdır.
BAKU.WS xəbər verir ki, bu barədə komandanın üzvü Mirmehdi Rzayev report-a açıqlamasında bildirib.
O, rəqibin ötən gün Fransa ilə keçirdiyi matçını izlədiklərini söyləyib:
"Dünən İtaliya millisinin oyununa baxdıq. Görüş heç-heçə bitdi. Bu bizə də sərf edir. İtaliya ilə bugünkü matçda mütləq qələbə qazanmalıyıq".
M.Rzayev Avstriyanı minimal hesabla (1:0) üstələdikləri ilk qarşılaşmaya da toxunub:
"Oyunun ağır keçəcəyini bilirdik. Bu, ilk matçımız idi. Meydança amili də sözünü dedi. Amma yenə də qələbə qazana bildik. Bugünkü matçda da qələbəni hədəfləyirik. Qrupu lider kimi başa vurmaq niyyətindəyik. Avstriyanın bizə bu qədər müqavimət göstərəcəyini gözləmirdik. Belə güclü olduqlarını bilmirdik. Heyətlərində böyük futbolda iştirak etmiş simalar var idi".
Xatırladaq ki, bu gün "Tipos Arena"da keçiriləcək İtaliya - Azərbaycan oyunu Bakı vaxtı ilə saat 17:45-də start götürəcək.
Oxşar xəbərlər
"Böyük Dəbilqə": Azərbaycan cüdoçularının ilk rəqibləri müəyyənləşib
Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə cüdo üzrə "Böyük Dəbilqə" turnirinin püşkatma mərasimi keçirilib. BAKU.WS xəbər verir ki, püşkün nəticələrinə...