Azərbaycan millisinin müdafiəçisi: "Macarıstana qarşı layiqli mübarizə aparmağa çalışacağıq"
Yeniliklərdən dərhal xəbərdar olun
Macarıstana qarşı layiqli mübarizə aparmağa çalışacağıq.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bunu Azərbaycan millisinin müdafiəçisi Bəhlul Mustafazadə Macarıstan yığmasına qarşı keçirəcəkləri yoxlama görüşündən əvvəl mətbuat konfransında deyib.
"Qarabağ"ın futbolçusu qarşılaşmaya ciddi hazırlaşdıqlarını bildirib:
"Rəqib güclü komandadır. Onlara qarşı layiqli mübarizə aparmağa çalışacağıq. Bakıda oynadığımıza görə şansları 50/50 hesab edirəm. Əlimizdən gələni edəcəyik ki, baş məşqçi Fernandu Santuşun tapşırıqlarını yerinə yetirək".
Qeyd edək ki, Azərbaycan - Macarıstan oyunu sabah "Liv Bona Dea Arena"da, saat 20:00-da start götürəcək.
Oxşar xəbərlər
"Böyük Dəbilqə": Azərbaycan cüdoçularının ilk rəqibləri müəyyənləşib
Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə cüdo üzrə "Böyük Dəbilqə" turnirinin püşkatma mərasimi keçirilib. BAKU.WS xəbər verir ki, püşkün nəticələrinə...