Azərbaycan millisinin kapitanı: "Mundialdakı ən çətin rəqibi mübarizədən kənarlaşdırdıq"
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycan millisinin kapitanı Elvin Əlizadə minifutbol üzrə dünya çempionatında 1/4 finala yüksəldikləri üçün xoşbəxt olduğunu bildirib.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, futbolçu bunu Rumıniya ilə oyundan sonra jurnalistlərə açıqlamasında deyib.
O, qalib gəldikləri qarşılaşmanı şərh edib:
"Şükürlər olsun ki, çətin rəqibim qarşısında qələbə qazandıq. Düşünürəm ki, mundialdakı ən çətin rəqibi mübarizədən kənarlaşdırdıq. Yarışın ən çətin növbəti komandası isə Serbiyadır. Növbəti mərhələdəki rəqibimiz İngiltərə olacaq. İnanırıq ki, onlara da qalib gələrək yarımfinala adlayacağıq. İngiltərə minifutbolda yenidir. Düşünürəm ki, rəqibdən daha güclüyük".
Qeyd edək ki, yığma Rumıniya ilə əsas vaxtı 1:1 hesabı ilə başa çatan matçın penaltilər seriyasında qələbə (2:1) qazanaraq növbəti mərhələyə adlayıb.
Oxşar xəbərlər
"Böyük Dəbilqə": Azərbaycan cüdoçularının ilk rəqibləri müəyyənləşib
Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə cüdo üzrə "Böyük Dəbilqə" turnirinin püşkatma mərasimi keçirilib. BAKU.WS xəbər verir ki, püşkün nəticələrinə...