Azərbaycan millisi Bakıda keçirilən seçmə mərhələdə İtaliyaya uduzub
07
iyl
2023
20:57
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Çimərlik futbolu üzrə Azərbaycan millisi Bakıda təşkil olunan dünya çempionatının seçmə mərhələsində növbəti oyununu keçirib.
"Report"un məlumatına görə, yığma İtaliya kollektivi ilə üz-üzə gəlib. "Su İdman Sarayı”nın ərazisindəki çimərlik futbolu meydançasında oynanılan görüş rəqibin 3:2 hesablı qələbəsi ilə başa çatıb.
Bu qrupun digər matçında Moldova Estoniyanı məğlub edib - 6:2.
Qeyd edək ki, Azərbaycan millisi qrupdakı ilk oyununda Moldovaya 2:3, ikinci görüşündə Estoniyaya 3:7 hesabı ilə uduzub.
Oxşar xəbərlər
Azərbaycan millisi Bakıda keçirilən seçmə mərhələyə məğlubiyyətlə başlayıb
Çimərlik futbolu üzrə Azərbaycan millisi Bakıda təşkil olunan dünya çempionatının seçmə mərhələsində ilk oyununu keçirib. BAKU.WS "report"a istinadən xəbər veri...